Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi (SƏRƏNCAM)

Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi (SƏRƏNCAM)

Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub. O, 1993-2020-ci illərdə bu postda olub.
Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR