“Həsənovun müavininə dedim ki, on minlərlə vətəndaş... ”

“Həsənovun müavininə dedim ki, on minlərlə vətəndaş... ”

BAXCP sədrinin müavini, Açıq Hökmətin Təşviqinə Dair Vətəndaş Cəmiyyəti Dialoq Platformasının üzvü, QHT sədri Niyaməddin Orduxanlının Aktual.az saytına verdiyi açıqlamaya görə, bu gün Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsinin sədri müavini Rafiq Cəlilov, Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin rəis müavini Elşad Məmmədov Və Əmlak Dövlət Komitəsinin idarə rəhbərləri ölkənin tanınmış QHT sədrləri ilə görüş keçilrdi. Onun sözlərinə görə, Platformanın rəhbəri Əlimməd Nuriyevin dövlət strukturları ilə vətəndaş cəmiyyəti nümayəndlərinin növbəti görüşü idi:

"Çox yüksək şəraitdə görüş keçirildi. Hörmətli Rafiq müəllim və digər nümayəndələr Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesindən, Elşad Məmmədov daşınmaz əmlakın qeydiyyatında elektron xidmətlər, innovasiyalar və vətəndaş məmnunluğu sahələrindən bəhs etdilər. Əmlka Dövlət Komitəsinin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdilər. Görüşdə iştirak ölkənin tanınmış QHT sədrləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Rauf Zeyni, Umud Rəhimov, Səadət Bənəniyarlı, Osman Gündüz Vüsalə Hüseynli, Davud Rəhimli və digərləri vətəndaşların mövcud problemlərinin nədən ibarət olduğunu və bunların həlli yolları ilə bağlı çoxsaylı suallarla müraciət etdilər. Rafiq müəllim hər bir QHT sədrinin qaldırdığı məsələrə aydınlıq gətirdi. İdarə rəisləri olan Himət müəllim, Şamil müəllim qaldırılan məsələlərə aydınlıq gətirdilər."

Niyaməddin Orduxanlının bildirdiyinə görə, QHT sədri kimi Rafiq Cəliliova on minlərlə vətəndaşın qarşılaşdığı problemi qaldırıb: "Mən də QHT sədri kimi on minlərlə vətəndaşımızın yaşadığı mövcud problemindən danışdım. Bilirsiniz ki, bu gün ölkəmiz də kənd təsərrüfatı torpaqlarda on minlərlə qanunsuz evlər tikilib. Və həmin vətəndaşlar uzun illərdi o evlərdə yaşamalarına baxmayaraq, komunal xidmətləri ödəməklərinə rəğmən, bu günə kimi evlərin mülkiyyət hüququnu əldə edə bilmirlər. Qanunla da bu yolverilməzdir. Çünki 1996-cı ildə bu torpaqlar vətəndaşlara pulsuz şəkildə paylanılıb. Və el arasında bu torpaqlara " pay torpaqları” deyilir. O dövrdə bu torpaqlar ona görə verilmişdir ki, vətəndaş kənd təsərrüfatı məhsulları əklib-becərsin. Ancaq bir müddət keçdikdən sonra həmin torpaqların böyük əksəriyyətində on minlərlə evlər tiklib. Özümün yaşadığım Abşeron rayonun ərazisində səhv etmirəmsə, 21 000 ha torpaq sahəsində bu cür evlər tikilib. Həmin evlərdə yaşayan insanların say tərkibini hesabladıqda, çox saylı insanların olduğunu görürük. Mənim qaldırdığım məsələ ilə bağlı Rafiq müəllim məlumat verdi ki, tam haqlıyam və bu gün Dövlət Komitəsi olaraq bu məslənin həlli istiqamətində müəyyən işlər aparılır. Hətta bununla bağlı Abşeron rayonun icra başısı hörmətli İradə xanım Gülmmədovanın da Əmlak Məsələri Dövlət Komitəsinə rəsmən müraciət etdiyini qeyd etdi. Bu məslənin həlli yolunun yalnız Nazirlər Kabinetində bağlılıb, torpağın təyinatının dəyişdirilməsinə dair qərarının olmasının vacib olduğunu qeyd edildi. Onsuz da həmin torpaqlar da tikilən on minlərlə evləri sökmək qeyri mümkündür. Əgər bu məsələ öz həllini tapsa, Azərbaycan vətəndaşılarının mülkiyyətə sahib olması ilə bağlı indiki statistika tamam dəyişəcək. Mən həmçinin də Əmlak Komitəsinin çox müsbət fəaliyyətindən də danışdım. Düşünürəm ki, dövlət qrumları ilə vətəndaş cəmiyyətinin bu cür görüşləri çox vacibdir və önəmlidir.”

 
Aktual.az
Xəbər 1000 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR