Kənd təsərrüfatı naziri: "Bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır"

Kənd təsərrüfatı naziri:

"Cari təsərrüfat ilində 1,085 mln. hektar sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir. 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır".
 
ONA-nın məlumatına görə, bunu ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.
Nazirin sözlərinə görə, ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. 800 ton yaş barama istehsalı üçün hazırlıq işləri başa çatdırılıb.
"Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşımızda duran vacib hədəflərdəndir. Həmçinin yeni meyvə bağlarının salınması, o cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz bağlarının sahələrinin genişləndirilməsi həlli vacib məsələlər kimi qarşımızda durur. Zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının dəstəklənməsi də əsas prioritetlərimizdəndir", - deyə nazir bildirib.
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR