Kataloniya böhranının İspaniya iqtisadiyyatına vuracağı zərər açıqlandı

Kataloniya böhranının İspaniya iqtisadiyyatına vuracağı zərər açıqlandı
  • DÜNYA

Kataloniya böhranı 2018-ci ildə İspaniya iqtisadiyyatına 12 mlrd. avro (14 mlrd. dollar) zərər vura bilər. 

Aktual.az  xəbər verir ki, bu barədə "Report" İspaniyanın "El Pais" qəzetinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, İspaniyanın ÜDM-i 2018-ci ildə 0,4-1,2% azala bilər ki, bu da 4-12 mlrd. avro (4,7-14 mlrd. dollar) itkiyə bərabərdir.
Kataloniya İspaniya ÜDM-nin 20%-ni istehsal edir. Əvvəlki proqnozlarda İspaniya iqtisadiyyatının 2018-ci ildə 2,7% artacağı bildirilirdi.
Xatırladaq ki, rəsmi Madrid Kataloniya muxtariyyətinin rəhbərliyindən oktyabrın 19-u, Bakı vaxtı ilə saat 12:00-a qədər onun müstəqilliklə bağlı sorğusuna cavab verməsini istəyib. Əks halda, Madrid Konstitusiyanın 155-ci maddəsini tətbiq edərək Kataloniya muxtariyyətini məhdudlaşdıra bilər.
 
Aktual.az
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR