Karbamidin dəmir yolu ilə böyük kisələrdə daşınmasına başlanılıb

Karbamidin dəmir yolu ilə böyük kisələrdə daşınmasına başlanılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodundan məhsulun dəmir yolu vasitəsilə konteynerlərdə böyük kisələrdə (big bag) daşınmasına başlanılıb.

SOCAR-dan "Report”a verilən məlumata görə, böyük kisələrdə olan karbamid "SOCAR Carbamide” zavodunda konteynerlərə yüklənir və ardından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyə istiqamətində göndərilir.

997,5 ton həcmindəki ilk karbamid partiyasının alıcısı "Pinharras” şirkətidir.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən Karbamid zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin, təxminən, 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcək.

"SOCAR Carbamide” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir və onun ümumi investisiya dəyəri təxminən 800 mln. avro təşkil edir.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini birləşdirən nəqliyyat dəhlizidir.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Gürcüstan və Özbəkistanın hökumət başçıları - Bakıtjan SaqintayevGiorgi Kvirikaşvili və Abdulla Aripov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR