Karantini pozduğuna görə həbs edilən şəxslərin sayı açıqlandı

Karantini pozduğuna görə həbs edilən şəxslərin sayı açıqlandı

"İndiyədək karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhülkə yaratma faktlarına görə 1 186 cinayət işi üzrə 605 nəfər məsuliyyətə cəlb olunub”.

Bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, ötən ilin mart ayından bu günə qədər həmin cinayət işləri üzrə məhkəmələr tərəfindən 45 nəfər barəsində həbs, 58 nəfər barəsində polisin nəzarəti altına vermə, qalan 502 nəfər barəsində digər qətimkan tədbirləri seçilib.

Elşad Hacıyev bildirib ki, xüsusi karantin rejimi dövründə toy şənliklərinin keçirilməsi qaydalarına uyğun olaraq, müvafiq dövlət qurumları ilə birgə monitorinqlərin keçirillməsi diqqətdə saxlanılır. Bu dövr ərzində - iyulun 1-dən polisin digər qurumlarla 8 794 monitorinq keçirilib.

O qeyd edib ki, şənlik mənasimlərinin təşkli və keçirilməsi qaydalarının pozulmasına görə 35 cinayət işi başlanıb, 41 nəfər inzibati həbs olunub, 3 299 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR