Kanadadakı supermarketlər rus mallarını rəflərindən yığışdırdılar

Kanadadakı supermarketlər rus mallarını rəflərindən yığışdırdılar

Kanadada supermarketlər sanksiyalar fonunda Rusiya istehsalı olan malları satışdan çıxarmağa başlayıb.

Qaynarinfo Kanadanın Globe and Mail qəzetinin məlumatına istinadla xəbər verir ki, xüsusilə pərakəndə satış şirkətləri Sobeys, Safeway, FreshCo, Loblaw Companies və Metro Inc. Kvas, şokoladda zefir, günəbaxan toxumunu rəflərdən yığışdırmaq qərarına gəlib.

 Bundan əvvəl Kanadanın bir çox bölgələrində Rusiya araqlarının satışı dayandırılmışdı.

Fevral ayında Amerikanın Ohayo, Yuta, Nyu-Hempşir və Pensilvaniya ştatlarının qubernatorları "ukraynalılara dəstək əlaməti olaraq” mağazaları alkoqol və digər rus brendlərini satmamağa çağırıblar.
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR