Kanada hakimiyyəti Ukraynaya 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) məbləğində hərbi yardım paketi təqdim etmək niyyətindədir.
Aktual.az TASS-a istinadən xəbər verir ki, bu barədə "National Post” qəzeti məlumat yayıb.
Bildirilib, yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın Baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb.
Qeyd edilib ki, C.Trüdo Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Xəbər 194 dəfə oxunub.