Kanada da öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə etdi

Kanada da öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə etdi
  • DÜNYA

Kanada Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Ukraynaya lazımsız səfərlərdən çəkinməyi tövsiyə edib.

Qaynarinfo xəbər verir ki, belə bir qərarın Rusiyanın davam edən təhdidləri və hərbi mövcudluğu səbəbindən verildiyi vurğulanır.

"Biz Kanada vətəndaşlarını Ukraynaya hər hansı lazımsız səfərdən çəkinməyə çağırırıq, çünki Rusiya bu ölkədə və onun ətrafında təhlükə yaratmağa və hərbi potensialını gücləndirməyə davam edir”, - agentlik əlavə edib.

Xarici İşlər Nazirliyi artıq Ukraynada olan Kanada vətəndaşlarına ölkədə daha çox qalma ehtiyacını qiymətləndirməyi tövsiyə edib.

Xatırladaq ki, son vaxtlar Kiyevdə və Qərb ölkələrində Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar daha çox eşidilir. Lakin Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu məlumat yalandır.
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR