Kanada Britaniya ilə hava əlaqəsini dayandırdı

Kanada Britaniya ilə hava əlaqəsini dayandırdı
  • DÜNYA

Kanada Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkarlanması ilə əlaqədar bu ölkə ilə hava əlaqəsini müvəqqəti olaraq dayandırır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar baş nazir Castin Trüdonun Nazirlər Kabinetinin üzvləri ilə danışıqlarından sonra qəbul edilib. Qərar Bakı vaxtı ilə saat 09:00-da qüvvəyə minəcək və 72 saat davam edəcək.
Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR