Kamran Əliyev: "DİN və DTX-nin peşəkarları bu işə cəlb olunub"

Kamran Əliyev:

"Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq”.

"Report”un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. Burada prokurorluğun müstəntiqləri, xüsusi ilə qeyd etməliyəm ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarları bu işə cəlb olunublar. Üç qurum birlikdə bu istiqamətdə fəaliyyət göstərir. Ötən il 8, bu il isə 7 belə cinayət işinin açılması təmin edilib. Bir sıra cinayətlərin üstünün açılması isə çox yaxındır”, - o vurğulayıb.
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR