Kamran Əliyev bu xanımlara yüksək vəzifə verdi

Kamran Əliyev bu xanımlara yüksək vəzifə verdi

Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.
Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR