Kadırovdan Putinə müraciət: “Sizə görə canımı verməyə hazıram”

Kadırovdan Putinə müraciət: “Sizə görə canımı verməyə hazıram”

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Aktual.az xəbər verir ki, Kadırov özünü Putinin əsgəri adlandırıb və ona görə canını verməyə hazır olduğunu deyib.

"Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər. Cənab Prezident, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə, bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir” deyə Kadırov bildirib.

Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR