İtkin düşən tələbə tapıldı

İtkin düşən tələbə tapıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.

Aktual.az xəbər verir ki, o, özü paylaşım edib.

İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib: "Keçən bu çətin 7 gün içində məni axtaran və bu mövzuda ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".

Atasının bildirdiyinə oğlu bu müddət ərzində Bakıda olub: "Şükür indi hər şey yaxşıdı və səhhəti də normaldır".

Qeyd edək ki, İ.Hüseynov sonuncu dəfə mayın 11-də saat 15:40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızırzində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını qeyd edib. Ondan sonra İlkinin telefonuna bir daha zəng çatmayıb.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR