İtaliyanın dövlət borcu tarixi maksimuma çatıb

İtaliyanın dövlət borcu tarixi maksimuma çatıb

Bu ilin aprel ayında İtaliyanın dövlət borcunun məbləği növbəti tarixi maksimuma çataraq 2,373 trilyon avro təşkil edib. 

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı - "Bankitalia” məlumat yayıb. 
Məklumata görə, bu, mart ayının yekunu ilə müqayisə 14,8 mlrd. avro çoxdur. Artım dövlət xərclərinin artması hesabına baş verib. 
İtaliyanın istehlakçıların hüquqlarının müdafiəsi üzrə təşkilatı "Codacons” bəyan edib ki, hazırda ölkənin hər bir vətəndaşına 39 min avro, hər ailəyə isə 93 min avro borc düşür. 
 
Aktual.az
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR