İt meymunçiçəyinə yoluxdu

İt meymunçiçəyinə yoluxdu
  • DÜNYA

Koronavirus pandemiyasından sonra insanlar üçün yeni bir narahatlığa çevrilən meymunçiçəyi virusu bütün dünyada yayılmağa davam edir. 

Aktual.az xəbər verir ki, sürətlə yayılan virusun insandan heyvana keçməsi ilə bağlı ilk təsdiqlənmiş hal Parisdə qeydə alınıb. Ev heyvanında virusun ilk dəfə görünməsi mutasiya ilə bağlı narahatlıqları artırıb.

Belə ki, iyunun əvvəlində  meymunçiçəyi diaqnozu qoyulan 44 və 27 yaşlı cütlüyə aid olduğu bildirilən dörd yaşlı erkək italyan tazı sahibinin yatağında yatdıqdan sonra xəstəliyə yoluxub.

Sahiblərinin xəstəliyə tutulmasından 12 gün sonra əlamətlər göstərməyə başlayan itə PCR testi keçirilib. Test nəticələrinə görə, itə ötürülən ştamm sahiblərinə ötürülən ştammla 100 faiz uyğun gəlir.
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR