İsveçrədə kütləvi yığıncaqlara qadağa qoyuldu

İsveçrədə kütləvi yığıncaqlara qadağa qoyuldu
  • DÜNYA

İsveçrə hökuməti yeni koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində mart ayının 15-dək 1 000-dən çox iştirakçısı olan hər cür yığıncaqlara qadağa qoyub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, hökumətin yaydığı açıqlamaya əsasən, ictimai və fərdi yığıncaqlara şamil olunan bu qərara görə tədbir və yığıncaq təşkilatçıları yerli kanton rəhbərləri ilə birgə riskləri dəyərləndirərək tədbirin keçirilib-keçirilməyəcəyi barədə qərara gəlməlidir.
Qeyd edək ki, İsveçrədə koronavirusa 15 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR