İsveç Ukraynaya ən böyük hərbi yardım paketini elan edib

İsveç Ukraynaya ən böyük hərbi yardım paketini elan edib
  • DÜNYA

İsveç Havadan Müdafiə Sistemi də daxil olmaqla bu günə qədər ən böyük, dəyəri 3 milyard kron (287 milyon dollar) olan doqquzuncu hərbi yardım paketini Ukraynaya göndərəcək.
Aktual.azxəbər verir ki, bu barədə xəbəri İsveçin Baş naziri Ulf Kristersson, müdafiə naziri Pal Conson və inkişaf və xarici ticarət naziri Johan Forsell birgə mətbuat konfransında elan ediblər.
"Bu, əvvəlki 8 paketin cəmindən daha böyük hərbi dəstək paketidir. Bu, bizim gördüyümüz ən böyük işdir və biz Ukraynanın indi ehtiyac duyduğu hərbi ehtiyacların prioritet siyahısına əməl edirik”, - Baş nazir Kristersson deyib.

İsveçin doqquzuncu yardım paketinin təqdim olunduğu bugünkü mətbuat konfransında Baş nazir Ulf Kristersson deyib ki, Ukrayna geniş dəstək alıb, lakin onların daha böyük dəstəyə ehtiyacı var: "İndi daha çox ölkələr daha çox iş görməlidir”.
Onun sözlərinə görə, Ukrayna çətin qışla üzləşir və bu, ölkənin qlobal ictimaiyyətdən yardım gözləntilərini artırır.
Baş nazir əlavə edib ki, İsveç Ukraynaya siyasi dəstək də verir: "Yanvarın 1-dən Aİ Şurasına sədrliyə başladığımız zaman Ukraynanın Aİ-yə üzvlüklə bağlı namizədlik statusunu diqqətlə izləyəcəyik və bunu gündəmdə saxlayacağıq”.
İsveçin müdafiə naziri isə göndəriləcək havadan müdafiə sistemi ilə bağlı detalların açıqlanmayacağını vurğulayıb.
"Biz təhlükəsizlik səbəbindən hansı müdafiə sisteminin göndərilməsi ilə bağlı detalları açıqlamayacağıq”, Pal Conson bildirib.
Conson əlavə edib ki, qış paketinə daxil olan avadanlığın Ukraynaya çatdırılması bir neçə həftə çəkə bilər.
Müdafiə naziri onu da qeyd edib ki, hərbi paket iki hissədən ibarət olacaq. İsveç arsenalında olan hava hücumundan müdafiə sistemi üçün ixtisaslı döyüş sursatları və hava hücumundan müdafiə sistemi, həmçinin hərbi geyim dəstləri, çadırlar və digər avadanlıqların olduğu qış paketi daxildir.
Ölkənin inkişaf və xarici ticarət naziri Johan Forsell isə mətbuat konfransında Ukraynaya yeni humanitar yardımın göndəriləcəyini elan edib.
Onun sözlərinə görə, humanitar yardım paketinin həcmi 72 milyon dollar təşkil edir: "Bu, İsveçin eyni vaxtda verdiyi ən böyük yardım paketidir. Ukraynanın yenidən qurulmasına kömək etmək üçün Dünya Bankına da dəstək veriləcək”.


Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR