İsveç “Şimal axını” kəmərlərində təxribatın baş verməsini təsdiqlədi

İsveç “Şimal axını” kəmərlərində təxribatın baş verməsini təsdiqlədi
  • DÜNYA

İsveç Təhlükəsizlik Polisi (SAPO) "Şimal axını” sisteminin qaz kəmərlərində sızma yerlərinin təftişini başa çatdırıb.

"Təhlükəsizlik Polisi hadisə yerini araşdırdıqdan sonra müəyyən edib ki, İsveç iqtisadi zonasında "Şimal axını 1” və "Şimal axını 2” qaz kəmərlərində partlayışlar baş verib və boru kəmərlərinə xeyli ziyan dəyib”, - SAPO-nun press-relizində bildirilib.
Təhlükəsizlik Polisi Milli Təhlükəsizlik Baş İdarəsinin prokurorluğunun rəhbərliyi altında "Şimal axını” hadisəsi ilə bağlı ilkin araşdırma aparıb. Hadisə yerinə baxış başa çatdıqdan sonra prokuror Mats Yunqkvist ətraf beş millik zonada naviqasiya qadağasını aradan qaldırıb.
O, cinayət yerindən dəlillərin götürüldüyünü və araşdırılacağını qeyd edərək, "İstintaqın təxribat versiyası ehtimalı güclənib”, - deyə vurğulayıb.

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR