İsveç Gürcüstan hakimiyyəti ilə birbaşa əməkdaşlığı dayandırır.
Aktual.az xəbər verir ki, bunu İsveçin xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Benyamin Dousa deyib.
"Söhbət digər məsələlərlə yanaşı, mövcud şəraitdə yersiz hesab etdiyimiz vergi orqanları arasında əməkdaşlıqdan gedir”, - nazir bildirib.
Onun sözlərinə görə, Tiflis yenidən AB-yə yaxınlaşacağı təqdirdə İsveç hökuməti əməkdaşlığı bərpa edə bilər.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu 53.93 faiz səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif koalisiya, o cümlədən Prezident Zurabişvili seçkinin saxtalaşdırıldığını bildirərək, nəticələri tanımaqdan imtina edib.
Xəbər 174 dəfə oxunub.