İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb
  • DÜNYA

Türkiyənin İstanbul şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 16 nəfər çatıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
S.Soylu deyib: "Bizim sizə verdiyimiz son məlutlarda 14 nəfər öldüyü, 14 nəfərin isə xilas edildiyi bildirilirdi. Lakin daha sonra dağıntılar altında daha 2 nəfərin cəsədi çıxarılıb - Şevval Yıldız və Eylül Dərvişoğlunun".
Qeyd edək ki, daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya bildirib ki, binanın əlavə 3 mərtəbəsi qeyri-qanuni tikilib. Ə.Yerlikaya xilasetmə əməliyyatlarının aparıldığı rayonda sakitçiliyə riayət etməyə və xilasedicilərə mane olmamağa səsləyib.
Onun sözlərinə görə, bina ümumilikdə 43 nəfər qeydiyyatda olub.
Xatırladaq ki, fevralın 6-sı İstanbul şəhərinin Kartal rayonunda 8 mərtəbəli bina çöküb.
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR