İşsizlikdən sığorta ödənişi ilə bağlı YENİLİKLƏR

İşsizlikdən sığorta ödənişi ilə bağlı YENİLİKLƏR

İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir.

Aktual.az-ın xəbərinə görə, bununla bağlı "İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik Milli Məclisin iclasında səsverməyə qoyulub. 

Qanunun qüvvədə olan variantına əsasən, işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

Təklif olunan qanun layihəsi sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləğinin nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən edilməsini nəzərdə tutur.

Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatların avtomatlaşdırılmış qaydada əldə olunması təmin olunur.

Nəticədə sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.

Layihə üçüncü oxunuşda qəbul edilib. 
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR