“İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanuna zidd deyil” – Pompeo

“İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanuna zidd deyil” – Pompeo
  • DÜNYA

Amerika Birləşmiş Ştatları keçmiş prezident Barak Obama administrasiyasının İsrailin Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasının beynəlxalq qanunun pozulması olaraq verdiyi bəyanatı rədd edib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
"Diqqətlə araşdırdıqdan sonra indiki rəhbərlik prezident (Ronald – Red.) Reyqanın mövqeyi ilə razılaşıb. İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanuna zidd deyil. 2016-cı ilin dekabr ayında isə ABŞ dövlət katibi (Con – Red) Kerri iki tərəfin on illərlə dəstəklədiyi ehtiyatlı yanaşmanı dəyişdirdi”.
Dövlət katibi qeyd edib ki, ABŞ-ın İsrail yaşayış məntəqələrini tanıması İordan çayının qərb sahilinin statusuna şamil edilmir və tərəflər arasında sərhədlər danışıqlar yolu ilə müəyyən edilməlidir.
İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ-ın bəyanatına münasibət bildirib, bu cür açıqlamanı yüksək qiymətləndirib. Bundan əlavə, İsrailin Baş naziri ABŞ prezidenti Donald Trampa və onun administrasiyasına həqiqət və ədaləti dəstəklədiyinə görə təşəkkür edib.
"ABŞ dövlət katibi Mayk Pompeonun sözləri tarixi bir səhvi düzəltməklə yanaşı mühüm siyasi kursdur. Digər ölkələr də oxşar mövqe tutmalıdır”.
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR