İsrail Qəzzada hərbi əməliyyatları genişləndirməyi planlaşdırır

İsrail Qəzzada hərbi əməliyyatları genişləndirməyi planlaşdırır

İsrail Ordusunun Baş Qərargahı bildirib ki, Qəzza sektorunda radikalların bütün tunelləri məhv edilməyincə hərbi əməliyyat davam etdiriləcək.

Aktual.az-ın məlumatına görə, bu barədə "Qaley SAXAL" radiosu tvitterdə bildirib.

"Biz hərbi kampaniyanı zərurət olduğu qədər genişləndirməyə hazırıq. Biz zərbələr endirməyə davam edəcəyik və heç bir tuneli bütöv qoymayacağıq”, - xəbərdə deyilir.

Mayın 11-də axşam Fələstin anklavının sərhədlərində son illər ərzində ən böyük eskalasiya başlanıb. Çərşənbə axşamı səhər İsrailin Müdafiə Ordusu bildirib ki, ölkə ərazisinə Qəzza sektrundan 200-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail hərbçiləri qarşı tərəfə zərbələr endiriblər.

İsrail müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min nəfəri orduya çağırıb.
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR