İsrail Britaniya, CAR və Danimarka ilə aviareysləri dayandırır

İsrail Britaniya, CAR və Danimarka ilə aviareysləri dayandırır
  • DÜNYA

İsrailin koronavirus üzrə hökumət komissiyası Böyük Britaniyadan, Danimarkadan və Cənubi Afrika Respublikasından İsrailə uçuşlar üçün hava məkanını bağlamaq barədə qərar qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində İsrailin baş naziri Binyamin Netanyahu yazıb.
B.Netanyahu bildirib: "Bu gün biz çətin bir qərar verdik. Böyük Britaniyadan, Danimarkadan və Cənubi Afrikadan İsrailə bütün uçuşlar üçün hava məkanını bağladıq. Bu ölkələr koronavirusub yeni mutasiyasının mövcud olduğu ölkələrdir. Lazım gələrsə başqa ölkələr də siyahıya əlavə ediləcək".
Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR