İspaniyada pandemiya qurbanlarının sayı 12 minə çatır

İspaniyada pandemiya qurbanlarının sayı 12 minə çatır

İspaniyada koronavirusdan ölənlərin sayı 11 744-ə çatıb.

Aktual.az   "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, son sutkada ölkədə 809nəfər virusdan dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 127 000-i ötüb. Bunların 234 023 nəfəri sağalıb, 59 949 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR