İsmayıllıda mikroavtobus qəzaya düşüb, ölən və yaralananlar var

İsmayıllıda mikroavtobus qəzaya düşüb, ölən və yaralananlar var

İsmayıllı da mikroavtobusun qəzaya düşməsi nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-İsmayıllı avtomobil yolunda Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb.
Belə ki, Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ-21099" markalı minik avtomobili ilə toqquşub. 
Hadisə nəticəsində "VAZ-21099"un sürücüsü, 1979-cu il təvəllüdlü Malik Neyman oğlu Kərimov hadisə yerində ölüb.
Qəza zamanı 7 nəfər sərnişin – 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov və adı hələ naməlum iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. 
Faktla bağlı araşdırma aparılır.
Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR