İsmayıllıda 3 uşaq anası evdən qaçıb

İsmayıllıda 3 uşaq anası evdən qaçıb

İsmayıllı rayonunda 3 uşaq anası itkin düşüb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Qalınçaq kənd sakini Bədəlova Pərvanə Rəfael qızı bu il iyulun 28-də gecə 3 radələrində 4yaşlı övladı İsmayıl Bədəlovu da götürərək evdən qaçıb. 
Ailə üzvləri qadının evdən qaçdığını səhər saatlarında biliblər. 
Qadının ailə üzvləri "Report"un yerli bürosuna bildirib ki, Pərvanə Bədəlova evdən qaçarkən özü ilə şəxsiyyət vəsiqəsini və nikah şəhadətnaməsini də götürüb.
P.Bədəlova 2007-ci ildə ailə həyatı qurub və bu evlilikdən 3 övladı var. Onu görənlərdən və yerini bilənlərdən xahiş olunur ki, 051-354-35-04 və ya DİN 102 Xidməti-Zəng Mərkəzinə məlumat versinlər.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 99 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR