İsmayıllıda 2 tona yaxın narkotik bitki məhv edilib

İsmayıllıda 2 tona yaxın narkotik bitki məhv edilib

 İsmayıllı rayonunda 2 tona yaxın narkotik bitki məhv edilib

Bu barədə "Report”un Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 260 kiloqram olan 1733 ədəd, eləcə də Cülyan kəndi ərazisində ümumi çəkisi 520 kiloqram olan 462 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək yandırılma yolu ilə məhv edilib. 
 
Aktual.az
Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR