“İŞİD MDB-də fəaliyyətini genişləndirməyi planlaşdırır” – Rusiya FTX

“İŞİD MDB-də fəaliyyətini genişləndirməyi planlaşdırır” – Rusiya FTX
  • DÜNYA

"İŞİD terror təşkilatının döyüşçüləri Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar”.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, MDB xüsusi xidmət orqanları Əfqanıstanda İŞİD bölmələrinin fəallığının artdığını müşahidə edirlər: "Biz Əfqanıstanda İŞİD-in bölmələrinin, "Vilayət Xorasan” qruplaşmanın fəallığının artdığını qeydə almışıq. "Camaat Ansarullah” və "Şərqi Türküstanın İslam hərəkatı” onlarla sıx əlaqədədirlər. Onların məqsədi MDB məkanında genişlənmək və orada plastdarm yaratmaqdır”.
FTX-nin direktoru qeyd edib ki, İŞİD-in MDB məkanında ekspansiyasının Mərkəzi Asiya respublikaları vətəndaşlarından olan döyüşçülər tərəfindən həyata keçiriləcəyi ehtimal olunur: "Terrorçular Suriya və İraqda məğlub olduqlarını anlayırlar. Ona görə də, qalan qüvvələrini Yaxın Şərqdən kənara çıxarırlar. Onlar Asiya və Afrikada yeni qeyri-stabil zonalar yaradırlar, Avropada yatmış yuva şəbəkələri formalaşdırırlar”.
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR