“İŞİD-in başkəsənləri ABŞ-ın nəzarətində olan təhlükəsiz yerə aparılıb” – Tramp

“İŞİD-in başkəsənləri ABŞ-ın nəzarətində olan təhlükəsiz yerə aparılıb” – Tramp
  • DÜNYA

"Kürdlərin və ya Türkiyənin vəziyyətə nəzarəti itirəcəyindən ehtiyat edərək, ABŞ "Bitlz” kimi tanınan, Suriyada baş kəsmələrdə əlaqəli olan iki İŞİD döyüşçüsünü artıq ABŞ-ın nəzarətində olan təhlükəsiz yerə aparıb”.

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter”də yazıb.
"Onlar pislərdən də pisdir”, – deyə D. Tramp qeyd edib.
Xatırladaq ki, ötən il YPG Alexanda Amon Kotey və El Shafee Elsheikh adlı ingilis döyüşçülərini ələ keçirib. "Nyu-York Tayms” qəzetinin yazdığına görə, bu iki şəxs Suriyada əsirlərə işgəncələr vermək, edam etməklə tanınıblar. Bu iki nəfər işgəncələrə məruz qalan şəxslər tərəfindən "Bitlz” olaraq adlandırılıb. "Bitlz” 4 nəfərdən ibarət olub.
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR