İrəvanda Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb

İrəvanda Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb
  • DÜNYA

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.
APA-nın "Sputnik Armeniya”ya istinadən xəbərinə görə, işğalçı Ermənistan ordusunun veteranları və ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin "Yerablur” hərbi qəbiristanlığına qalxmasına icazə verməmək niyyətindədirlər. Onlar bəyan ediblər ki, Paşinyan və komandasının Yerabluru ziyarət etmək haqqı yoxdur.
Hazırda qəbiristanlığın qarşısında Paşinyanın tərəfdarları və əleyhdarları toplaşıb.
Qeyd edək ki, bu gündən Ermənistanda Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar zamanı itirilmiş hərbi qulluqçulara görə üçgünlük matəm başlayıb. Həmin matəm çərçivəsində İrəvanda Paşinyanın rəhbərliyi ilə yürüş keçirilir. 
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR