İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb

İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
  • DÜNYA

İraq kəşfiyyatı cümə axşamı Salah əd-Din əyalətinin şərqində İŞİD terror qruplaşmasının iki liderini saxlayıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kəşfiyyat Xidmətinin direktoru Firas əl-Zubeidi "al-Sumaria” telekanalına açıqlamasında deyib.
O bildirib ki, kəşfiyyatçıların ayıq-sayıqlığı nəticəsində Tuz-Xurmatu şəhərində iki İŞİD lideri saxlanılaraq zərərsizləşdirilib.
Direktorun sözlərinə görə, tutulan şəxslərdə silah və sursatlar aşkarlanıb.
Lakin terrorçuların adları açıqlanmayıb.
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR