İranın zənginləşdirilmiş uran ehtiyatları nəzərdə tutulmuş həddi keçib

İranın zənginləşdirilmiş uran ehtiyatları nəzərdə tutulmuş həddi keçib

"Avropanın atdığı addımlar kifayət deyil və İran İslam Respublikası olaraq elan edirik ki, nüvə razılaşması çərçivəsində Tehranın öhdəliklərinin azaldılmasının ikinci mərhələsi həyata keçiriləcək”.

APA-nın "TASNİM” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Uran və ağır su ehtiyatlarının artırılmasını özündə ehtiva edən birinci mərhələyə artıq başlanılıb, növbəti mərhələnin başlanacağı elan edilib”, – deyə iranlı nazir bildirib.
Cavad Zərif deyib ki, ölkəsi uran ehtiyatlarını zənginləşdirib və artıq Birgə Hərtərəfli Fəaliyyət Planında nəzərdə tutulmuş 300 kiloqramlıq həddi keçib.
O, Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atılacaq addımın ikinci mərhələsinin iyulun 7-də başlayacağını xatırladıb.
Qeyd edək ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın ticarəti qoruyacağı ilə bağlı vədləri yerinə yetirmədiyini əsas götürərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılmasına dair öhdəliyi 60 günlük yerinə yetirməyəcəyini bəyan edib.
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR