İranın xarici işlər naziri Azərbaycana səfərə gələcək

İranın xarici işlər naziri Azərbaycana səfərə gələcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gələcək.

Aktual.az-ın məlumatına əsasə, bu barədə Report-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Diplomatın səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməkdir.
Görüşün əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.
Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni də gələcək.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR