İranın Ərdəbil vilayətinin rəhbəri Azərbaycana gələcək

İranın Ərdəbil vilayətinin rəhbəri Azərbaycana gələcək

 İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnəmcu sabah Azərbaycana səfərə gələcək.

"Report” xəbər verir ki, Azərbaycan tərəfinin dəvətilə həyata keçiriləcək səfər çərçivəsində qonağın bəzi rəsmi şəxslərlə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəyi gözlənir.
Həmçinin İran Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə də sentyabrın 26-da Bakıya gələcək. Qonaq "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla İran ərazisilə Bakı - Naxçıvan dəmir yolu bağlantısı layihəsinə və Rəşt - Astara dəmir yolu xəttinin tikintisinə dair müzakirələr aparacaq.
 
Aktual.az
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR