İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat

İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat

Gerçəkdən də fakt budur ki, Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısını alıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, əsas da söhbət ən ağır və təhlükəli maddə olan heroindən gedir:

"Yəni, bunlar 30 il müddətində Qarabağ torpaqlarından narkotrafik kimi istifadə ediblər. İndi isə həmin fürsət, imkan əllərindən çıxıb. Yəqin bu səbəbdən narahatdırlar və Azərbaycana qarşı qıcıqlıdırlar. Çünki Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etməklə həm də İran və Ermənistanın müştərək narkotik biznesini çökdürüb, onların bu minvalla pul qazanmalarını əngəlləyib.

Biz əvvəl deyirdik ki, Qarabağ torpaqlarında daşdan tutmuş metala, tavandan tutmuş divara qədər hər şeyin satıldığı ötürücü zonalardan biri İrandır. İndi isə daha geniş detallar meydana çıxır və məlum olur ki, Ermənistanla İranın əsas strateji müttəfiqliyi həm də narkotiklə bağlıdır. Daha dəqiqi, bu haqda informasiya əvvəldən də vardı və Azərbaycan tərəfi həmin ərazilərin 30 il ərzində terror və narkotik düşərgəsi olduğunu dəfələrlə bildirib. Sadəcə əvvələr bu faktı boynuna almayan, inkar edən İran və Ermənistan indi öz əməlləri ilə özlərini ifşa edirlər, açığa verirlər. İranın Ermənistanla qardaşlığının səbəbi bax budur: terrorizmi və narkotiki dəstəkləyən müştərək biznes! Həmin biznes isə artıq durdurulub”.

E.Musayev qeyd edib ki, artıq İran və Ermənistan Azərbaycanın torpaqları və sərhədləri üzərindən narkotranziti reallaşdıra bilmirlər:

"Bundan sonra da bilməyəcəklər! Artıq onların bu hərəkətlərinə göz yumulmur. Bundan sonra da yumulmayacaq! Bazar açmaq istəyirlərsə gedib öz torpaqlarında açsınlar. Heroinlərini, ümumbəşəri cinayətlərini bizim torpaqlardan uzaq tutsunlar. Üstəlik, Azərbaycan haqda danışarkən də həddlərini bilsinlər".

Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR