İrandan Azərbaycana düz bağırsağında narkotik keçirən şəxs saxlanıldı

İrandan Azərbaycana düz bağırsağında narkotik keçirən şəxs saxlanıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.
Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın daxili orqanı - düz bağırsağından, ümumi çəkisi 9 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək, 3 qram psixotrop maddə - metamfetamin və 2 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkar edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR