İranda qadınların aksiyasına kişilər də qoşulub

İranda qadınların aksiyasına kişilər də qoşulub

İranda hökumət əleyhinə qadınların kütləvi etirazları davam edir.  
 
Aktual.az xəbər verir ki, aksiyalar artıq bütün ölkəni əhatə edir.  

Belə ki, Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərdə qadınlar baş örtüklərini yandırıblar. Qadınlarla birlikdə kişilər də etirazlara qoşularaq, hakimiyyət orqanlarına qarşı çıxıblar.

Məlumata görə, polis etirazçılara qarşı zor tətbiq etsə də, aksiyanı dağıtmaq mümkün olmayıb. Kişavərz, Vəli Əsr, Kərim xan Zənd küçələrinə toplaşan sakinlər hökumət binalarına tərəf hərəkət ediblər. Polis yürüşün qarşısını ala bilməyib.

Xatırladaq ki, sentyabrın 16-da 22 yaşlı Məsihə Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saat sonra xəstəxanada vəfat etməsi İranda kütləvi etirazlara səbəb olub. 

Artıq bir neçə gündür ki, İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərində kütləvi aksiyalar keçirilir. Rəşt şəhərindəki aksiyada 22 nəfər həbs olunub. Digər şəhərlərdə də çox sayda aksiya iştirakçısı həbs edilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah tətbiq edilib və polislə qarşıdurmada xəsarət alanların olduğu bildirilir.
Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR