İranda güclü yağış: 203 nəfər "xəstəxanalıq oldu"

İranda güclü yağış: 203 nəfər
  • DÜNYA

Ötən gün ərzində güclü yağıntılar nəticəsində 203 nəfər təngnəfəslik problemi ilə Xuzistan vilayətində tibbi müalicə mərkəzlərinə müraciət edib.
Aktual.az Trend
-ə istinadən bildirir ki, bunu Əhvaz Tibb Elmləri Universitetinin ictimai əlaqələr şöbəsinin müdiri Fərhad Həmzəluyi deyib.
Onun sözlərinə görə, onların 174 nəfəri müalicə olunaraq evə buraxılıb. 14 nəfər isə xüsusi bölməyə yerləşdirilib.

Qeyd edək ki, noyabrın 6-da 236 nəfər, oktyabrın 25-26-da 294 nəfər, oktyabrın 21-də isə 1472 nəfər yağışların yağması nəticəsində təngnəfəslik problemi ilə Xuzistanın tibbi müalicə mərkəzinə müraciət edib.
 
Aktual.az 
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR