İranda dəhşətli təyyarə qəzası: 66 nəfər öldü

İranda dəhşətli təyyarə qəzası: 66 nəfər öldü
  • DÜNYA

Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb

İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.
Bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.
Qəza zamanı sağ qalan olmayıb.(APA)

***
İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

 "Tasnim" agentliyinin  məlumatına görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 66 nəfər var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb. 
 
***
Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. 

APA-nın məlumatına görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 
Göyərtəsində 60 sərnişin və heyət üzvləri olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuç aviareysini yerinə yetirdiyi açıqlanıb.

Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR