İranda ABŞ-a casusluqda ittiham olunan Nezar Zeka azadlığa buraxılır

İranda ABŞ-a casusluqda ittiham olunan Nezar Zeka azadlığa buraxılır

Livanlı informasiya texnologiyaları mütəxəssisi və ABŞ-a casusluqda ittiham olunaraq İranda həbs edilən Nezar Zaka yaxın saatlarda sərbəst buraxılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bu haqda İran televiziyasının rəsmi "iribnews” saytı mənbəyə istinadən yazıb.
"N.Zaka yaxın saatlarda sərbəst buraxılacaq. ABŞ casusunun azadlığı Hizbullah təşkilatının rəhbəri Seyid Həsən Nəsrullahın vasitəçiliyi ilə baş tutur”,-deyə mənbə qeyd edib.
Xatırladaq ki, Nezar Zaka 2015-ci ildə konfransa qatılmaq məqsədi getdiyi Tehranda yoxa çıxmış və daha sonra onun casusluq ittihamı ilə həbs olunduğu bildirilmişdi.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR