İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

"İranda 19 il əvvəl 36 polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən terrorçu həbs edilib”.
 
"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının narkotiklərə qarşı mübarizə polisinin komandanı, general Məsud Zahidian bildirib.
Onun sözlərinə görə, axtarışda olan bu şəxs iki gün əvvəl saxlanılıb: "Əməliyyat keçirilən zaman ondan silah və döyüş sursatı müsadirə edilib. O, 1999-cu ildə birinci dəfə tutulub. Narkotik maddəni İranşəhr şəhərinin Qurnak kəndində gizlətdiyi barədə yalan məlumat vermişdi. O zaman 36 polis əməkdaşı, o cümlədən bir general onun əlaltıları tərəfindən mühasirəyə alınaraq qətlə yetirilmişdi”.
Həmin silahlı toqquşmadan sonra adı açıqlanmayan şəxs İranı tərk edibmiş.
Qeyd edək ki, bu kənd İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətində yerləşir.
 
Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR