İranda 2 000-dən çox yeni yoluxma aşkar edildi

İranda 2 000-dən çox yeni yoluxma aşkar edildi

İranda bir aydan artıq müddətdə ilk dəfə olaraq 2 000-dən çox yeni növ koronavirusa yoluxma halı aşkar edilib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpurun sözlərindən müəyyənləşdirmək olur.
"Ötən gün ərzində 2 102 yeni yoluxma halı aşkarmışıq. Bununla da koronavirusa yoluxanların sayı 116 635nəfərə çatıb. Eyni zamanda, 9 186 nəfər sağalıb”, - o, IRINN telekanalının efirində deyib.
Qeyd edək ki, İranda sonuncu dəfə bir gün ərzində yoluxma hallarının sayı 2 min nəfəri aprelin 7-də keçmişdi. Amma K.Cahanpur qeyd edib ki, yeni yoluxanların 80%-i ya yüngül, ya da orta dərəcəli simptomları olanlardır.
O, həmçinin əlavə edib ki, son sutkada 48nəfər koronavirusdan ölüb, səlahiyyətlilərin koronavirusla bağlı ilk məlumatı yaydığı fevralın 19-dan bəri isə 6 902 nəfər virusun qurbanı olub.
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR