İrana getmək istəyənlərin nəzərinə: Bu tarixdən bərpa edilir

İrana getmək istəyənlərin nəzərinə: Bu tarixdən bərpa edilir

"Bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək”.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter” səhifəsində paylaşım edib.

"Mart ayının əvvəlindən Azərbaycan və İran əlaqələrində növbəti xoş addım atılacaq”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Baş naziri Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə 17 ölkənin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək.
Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR