İran vətəndaşlarının Rusiyaya daxil olması məhdudlaşdırılıb

İran vətəndaşlarının Rusiyaya daxil olması məhdudlaşdırılıb
  • DÜNYA

Rusiya hökuməti fevralın 28-dən etibarən koronavirus təhlükəsi ilə əlaqədar İran vətəndaşlarının Rusiya ərazisinə daxil olmasına müvəqqəti məhdudiyyət qoyulması haqda qərar qəbul edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə qərar Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub.
"Dövlətin təhlükəsizliyinin təmin olunması, əhalinin sağlamlığının müdafiə olunması və yeni koronavirus infeksiyasının Rusiya Federasiyası ərazisində yayılmaması məqsədi ilə 28 fevral 2020-ci il Moskva vaxtı ilə 00:00 tarixindən Rusiya Federal Təhlükəsizlik Xidməti İran İslam Respublikası vətəndaşlarının təhsil, əmək fəaliyyəti, eləcə də şəxsi, turist və tranzit məqsədlərlə Rusiya ərazisində daxil olmasını müvəqqəti məhdudlaşdırır”, - deyə sənəddə qeyd olunub.
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR