İran uranın zənginləşdirilməsini sürətləndirəcək

İran uranın zənginləşdirilməsini sürətləndirəcək

İran iyunun 27-dən sonra uranın zənginləşdirilməsini sürətləndirəcək.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvandi bildirib.
Onun sözlərinə görə, zənginləşdirilmiş uran ehtiyatları əhəmiyyətli dərəcədə artıb və iyunun 27-də 300 kq-dan çox olacaq.
İAET nümayəndəsi qeyd edib ki, avropalılar Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərini yerinə yetirə bilmir və ya bunu istəmirlər, lakin Avropanın nüvə sazişini qorumaq üçün hələ də şansı var.
Qeyd edək ki, nüvə sazişinə əsasən, İran zənginləşdirilmiş uranın həcmi 300 kq-dan artıq olarsa, artıq hissəni digər ölkələrə ixrac etməlidir. Amma iyunun 17-də İran tərəfi hazırkı vəziyyətdə bu şərtləri yerinə yetirməyə borclu olmadığını, 10 gün sonra isə zənginləşdirilmiş uranla bağlı məhdudiyyətlərin aradan götürüləcəyini açıqlayıb.
 
Aktual.az
Xəbər 46 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR