İran uranın zənginləşdirilməsi prosesinə başlayıb

İran uranın zənginləşdirilməsi prosesinə başlayıb
  • DÜNYA

İran Fordodakı nüvə müəssisəsində uranın zənginləşdirilməsi prosesinə başlayıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı bildirib.
Təşkilatın açıqlamasında bildirilir: "Fordoda uranın zənginləşdirilməsi və istehsalı yenidən başlayıb, bütün addımlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır".


Noyabrın 6-da İranın Fordodakı nüvə müəssisəsində sentrifuqaya qaz doldurulmağa başlanılıb, bu isə faktiki olaraq Tehranın nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının dördüncü mərhələsinin başlanğıcı deməkdir.
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR