İran ordusu Urmiya ətrafında hərbi təlim keçirir

İran ordusu Urmiya ətrafında hərbi təlim keçirir
  • DÜNYA

İran Silahlı Qüvvələri Quru qoşunları komandanlığı ölkənin şimal-qərbində, Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri ətrafında "Zülfüqari-vilayət” adı altında hərbi təlimə başlayıb.
 
 "Report” xəbər verir ki, məlumatı "Mehr” agentliyi yayıb.
Bildirilib ki, hərbi təlimlər noyabrın 19-da axşam saatlarında başa çatacaq. Hərbi təlimi helikopterlər dəstəkləyib.
Qeyd edək ki, İran ordusu oktyabrda Urmiya şəhəri ətrafında Türkiyə-İraq sərhədləri yaxınlığında "Bir hədəf, bir güllə!” şüarı ilə hərbi təlim keçirib.
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR