İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atacaq

İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atacaq
  • DÜNYA

İran Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı öhdəliklərin imtinası istiqamətində sabahdan 4-cü addımı atacaq.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani "Azadi” yeni texnologiyalar zavodunun açılış mərasimində deyib.
"Fordo zavodunda 1044 sentrifuqa var. Hərtərəfli Birgə Fəaliyyət Planına uyğun olaraq həmin sentrifuqalara qaz təzyiq olunmayacaqdı, lakin sabahdan onlara qaz təzyiq olunacaq. Öncədən "5+1” ölkələrinə və dünyanın digər qurumlarına elan edirik ki, bizim yeni fəaliyyətimiz də Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti ilə həyata keçiriləcək. İkinci məsələ isə budur ki, bizim 4-cü addımımız da, digər 3 addımımız kimi geriyə qayıtmaq imkanına malikdir. Onlar öhdəliklərini yerinə yetirərsə, biz də atdığımız addımlardan geri çəkilərik”, – deyə İran Prezidenti vurğulayıb.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR